Kənar qüvvələr ölkələrin daxili işlərinə qarışmamalıdırlar.
Boyukmillet.com xəbər verir ki, bunu ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun siyasət araşdırmaları, təhlil və nəşrlər üzrə direktoru Damyaan Krnyeviç Miskoviç “Azərbaycan-Çin münasibətlərinin yenidən qiymətləndirilməsi: İrəliyə doğru yol” mövzusunda keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, Azərbaycanın mövqeyi ABŞ ilə yox, Çinin mövqeyi ilə yaxındır:
“Kənar qüvvələr ölkələrin daxili işlərinə qarışmamalıdırlar. Təbii ki, bunu edənlər boyunlarına almırlar, ancaq aşkar şəkildə müdaxilə meyilləri görünür. Azərbaycan və Çinin kənar güclərin müdaxiləsini qəbul etməmək kimi mövqeləri üst-üstə düşür. Maliyyə tranzaksiyaları baxımından da iki ölkənin mövqeyində yaxınlaşmalar mövcuddur”.