Çərşənbə , 25 Fevral 2026
Drone Cameras

Danimarka öz ərazisində nüvə silahı yerləşdirməyə hazırdır

Danimarka müdafiə naziri Troels Lund Poulsen nüvə proqramlarının birgə maliyyələşdirilməsi və ya Danimarka torpağında nüvə silahlarının saxlanması məsələsini müzakirə etməyə açıqdır.

Boyukmillet.com xəbər verir ki, o, 24 fevralda Kiyevə səfəri zamanı “Politiken”ə verdiyi müsahibədə müzakirənin NATO çərçivəsində aparılmalı olduğunu vurğulayıb:

“Bu o demək deyil ki, biz bunu burada və indi etməliyik. Amma mən hazırkı vəziyyətdə nüvə siyasətimizin bütün strukturunu müzakirə etməyə açığam. Həm iqtisadi baxımdan, həm də imkanlar baxımından”.

Danimarkanın son 70 ildəki nüvə silahları ilə bağlı siyasəti öz ərazisində nüvə silahlarının qadağan edilməsini nəzərdə tuturdu.

Daha əvvəl Liberal Alyans partiyası nüvə silahlarına qoyulan qadağanın ləğv edilməsinə və onların Danimarkada yerləşdirilməsinə icazə verilməsinə çağırmışdı.

Check Also

ABŞ Ukraynanı Rusiyaya hücumlarla bağlı XƏBƏRDAR ETDİ

Tramp administrasiyası Ukraynanın Rusiyanın Qara dənizdəki Novorossiysk limanına hücumundan sonra bu ölkəyə xəbərdarlıq edib. Bu …