Çərşənbə , 1 Aprel 2026
Drone Cameras

Daşkəsəndə 16 min manatlıq mal-qara oğurlanıb

Daşkəsəndə mal-qara oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.

“Report”un Qərb bürosunun məlumatına görə, Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində cari ilin iyul-avqust ayları ərzində ayrı-ayrılıqda 3 vətəndaşa məxsus ümumi dəyəri 16000 manat olan 6 baş iribuynuzlu heyvanı və 2 rəst atı oğurlamaqda şübhəli bilinən, E. Əliyev, R. İsgəndərov və A. Alışanov saxlanılıb.

İlkin dindirilmə zamanı saxlanılan şəxslər törətdiklər cinayət hadisəsini etiraf edərək vətəndaşa məxsus heyvanları satmaq məqsədi ilə oğurladıqlarını bildiriblər.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Aqrar Sığorta Fondundan “Report”a bildiriblər ki, qaydalara görə aqrar sığorta kənd təsərrüfatı heyvanlarını digər risklərlə yanaşı oğurluq hallarından da sığortalayır. Ancaq Daşkəsəndə oğurlanan heyvanlar sığortalı olmayıb.

Check Also

Keçən ay sərhəddə yarım tondan çox narkotik vasitə aşkarlanıb

Mart ayı ərzində dövlət sərhədində yarım tondan çox narkotik vasitə aşkarlanıb. Bu barədə Dövlət Sərhəd Xidmətindən …