Bazar ertəsi , 25 Noyabr 2024
Drone Cameras

Daşkəsəndə dövlət müəssəsəsindən 37 min manatlıq oğurluq etmək istəyən dəstə saxlanılıb

Daşkəsən Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri təxrə salınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində fəaliyyət göstərən “Alunit” İstehsalat Sahəsinin ərazisindən külli miqdarda metal məftil (tros) və çəpərləri oğrulamağa cəhd edən şəxslər “iş” başında yaxalanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan “Report”a verilən məlumata görə, peşəkarlıqla keçirilən əməliyyat tədbirləri zamanı qabaqcadan əlbir olaraq bir qrup şəxs halında dövlət əmlakını gizli yolla talamağa cəhd edən Daşkəsən rayon sakinləri Niyazi Məmmədov, Vüqar Alıyev, Eşqin İmamverdiyev və Elnur Əsgərov saxlanılıblar. Araşdırmalar zamanı məlum olub ki, həmin şəxslər mart ayının 11-də elektrikli mişar və digər alətlər vasitəsi ilə ərazidəki ümumi dəyəri 36 993 manat olan kanat yolunun qoruyucu çəpərlərini saxlayan 1 600 metr uzunluğundakı metal məftil (tros) və 400 metr uzunluğundakı dəmir çəpərləri oğurlamağa cəhd ediblər.

Şübhəli şəxslər maddi sübutlarla birlikdə saxlanılaraq istintaqa təhvil verilib, faktla bağlı Daşkəsən RPŞ-də zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Check Also

Naxçıvanda 11 gün əvvəl partlayış nəticəsində xəsarət alan şəxs Bakıda xəstəxanada ölüb

Naxçıvanda 11 gün əvvəl qaz partlayışı nəticəsində xəsarət alan şəxs Bakıda xəstəxanada ölüb. “Report”un yerli …