Bazar , 23 Fevral 2025
Drone Cameras

Daşkəsəndən sel keçir, əhaliyə çağırış edilib

Ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva dağlıq və çay kənarlarında yaşayan əhaliyə çağırış edib.

Boyukmillet.com-un məlumatına görə, nazir müavini vurğulayıb ki, hazırda Gəncəçay-Alaxançallı məntəqəsindən (Daşkəsən rayonu ərazisi) sel keçir:

“Yaxın saatlarda Zurnabad məntəqəsinə çatacağı gözlənilir. Ayın sonuna qədər edilən xəbərdarlığa görə, dağlıq və dağətəyi ərazilərdə sel və daşqın olması ehtimalı var. Ona görə də dağlıq, xüsusilə də çayların keçdiyi ərazilərə yaxın yerlərdə sululuğun artdığı müddətdə orada olmaq tövsiyə edilmir. Çünki çayların məcrasına yaxın yerlər daim təhlükəli yerdir. Bəzən insanlar sel hadisəsinin yaxınlığında prosesi izləyirlər. Nəzərə almaq lazımdır ki, bu, çox təhlükəlidir. Axının istiqamətinin hər an dəyişə biləcəyi heç kimə məlum deyil. Sel hadisəsi başlayan kimi dərhal həmin ərazi tərk edilməlidir”.

Check Also

Bakıda və Abşeronda müşahidə olunan temperatur iqlim normasından 7.5 dərəcə aşağıdır

Bakıda və Abşeron yarımadasında müşahidə olunan temperatur iqlim normasından 7.5 dərəcə aşağıdır. Boyukmillet.com xəbər veri …