Beynəlxalq Əlil Təşkilatları Birliyinin hesabat-seçki yığıncağı keçirilib.
Boyukmillet.com xəbər verir ki, yığıncaqda illik hesabat dinlənilib, Nizamnamədə əlavə və dəyişikliklər edilib, tədbirlər planı təsdiqlənib. Birliyin rəhbər orqanlarına seçki keçirilib.
Azərbaycan Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli qurumun idarə heyətinin üzvü və beynəlxalq əməkdaşlıq üzrə vitse-prezidenti seçilib.
Onu da qeyd edək ki, 2019-cu ildə Bakıda birliyin yığıncağı və BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə departamentinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilati dəstəyi ilə beynəlxalq konfrans keçirilib.