Cümə , 25 Aprel 2025
Drone Cameras

Daxili İşlər Nazirliyi növbəti dəfə muxtar respublika sakinlərinə müraciət edib

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi növbəti dəfə muxtar respublika sakinlərinə müraciət edib.

Müraciətdə deyilir: 

Hörmətli naxçıvanlılar ! – Sağlam gələcək naminə özünüzün və doğmalarınızın evdə qalmalarını təmin edin.
– Kütləvi tədbirlərin (qonaqlıqların, ad günü tədbirlərinin, nişan mərasimlərinin və s.) təşkilindən və ya bu cür tədbirlərdə iştirak etməkdən yayının.

– Səyahət etməkdən çəkinin.

– Mümkün qədər ictimai nəqliyyatdan istifadə etməyin.

– Zərurət olmadıqca şəxsi avtomobilinizdən istifadə etməyin.

– Sosial şəbəkələrdə yanlış məlumatların yayılmasına şərait yaratmayın, yalnız rəsmi məlumatlara əsaslanın.

– Karantin rejimi ilə əlaqədar tətbiq olunan məhdudiyyətlərə sözsüz əməl edin.

– Xidmətdə olan polis əməkdaşlarının vəzifələrinin icrasına köməklik göstərin.

– Unutmayın ki, karantin qaydalarına riayət etməklə özünüzün və doğmalarınızın həyat və sağlamlıqlarını qoruyursunuz.

Yadda saxlayın: Karantin qaydalarının pozulması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) əsasən inzibati məsuliyyətə səbəb olur.

Biz sizin üçün xidmətdəyik, Siz də bizim üçün evdə qalın !

Check Also

“Rus Evi”-nin əsl sifəti ifşa olundu – Ukraynaya qarşı döyüşmək üçün muzdlular toplayırlar

Məlum olduğu kimi, Bakıdakı “Rus Evi” haqlı olaraq hökumət tərəfindən bağlanandan sonra Rusiya rəhbərliyi müxtəlif …