Çərşənbə , 8 May 2024
Drone Cameras

Deputat: “Ərzaq və qeyri-ərzaq bazarındakı qiymətlər günbəgün artır, bu, dözülməzdir”

“Ərzaq və qeyri-ərzaq bazarındakı qiymətlər günbəgün artır. Bu, dözülməzdir”.

Bunu Milli Məclisin deputatı Vahid Əhmədov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, Azərbaycan dövləti qiymət artımının qarşısının alınması üçün tədbirlər üzərində işləməlidir: “Nə qədər desələr də bazarda inhisarçılıq və monopoliya var. Biz uzun illərdir ki, Rəqabət Məcəlləsinin qəbul edilməsi məsələsini qaldırırıq. Hökumətdən xahiş edirəm ki, bu Məcəllənin qəbulunu tezləşdirsinlər”/Report.

Check Also

Cənub rayonlarının enerji verilişində fasilə yaranacaq

“Azərişıq” ASC-nin Cənub Regional Elektrik Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində …