Bazar , 7 Dekabr 2025
Drone Cameras

Deputat Əziz Ələkbərli Saatlıda şəhidin anım mərasimində iştirak etdi – FOTOLAR

Noyabrın 9-da Milli Məclisin deputatı Əziz Ələkbərli Saatlı rayonunda Vətən Müharibəsi şəhidi İbrahimov Elmir Heydər oğlunun Anım mərasimində iştirak etmişdir.

Boyukmillet.com  xəbər verir ki, mərasimdə Saatlı rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri, qazilər və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.

Mərasim iştirakçıları şəhidin ailə üzvləri ilə birlikdə şəhidin rayonun Məzrəli kənd qəbiristanlığındakı məzarını ziyarət etmiş, qəbirüstü abidəsi önünə gül dəstələri qoymuşlar. Mərasimdə Elmir İbrahimovun döyüş yoldaşları da iştirak etmişdir.

Check Also

27 ildən sonra işğaldan azad edilmiş Cəbrayıl rayonu yeni inkişaf mərhələsində

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışımız Cəbrayıldan, Aprel döyüşlərindən sonra strateji yüksəkliklərin ordumuzun nəzarətinə keçməsi …