Şənbə , 7 Mart 2026
Drone Cameras

Deputat: ”Dezinformasiyalara qarşı mübarizə aparmalıyıq”

“Biz kəndlərimizdən bir addım belə kənara gedə bilmərik”.

Boyukmillet.com xəbər verir ki, bunu hazırda Tovuzda olan Millət vəkili Qənirə Paşayeva jurnalistlərə açıqlamasında deyib.

Deputat insanarı dezinformasiyalara inanmamağa çağırıb: ”Dezinformasiyalara qarşı mübarizə aparmalıyıq. Məlumat yayırlar ki, Tovuzda sakinlər evlərini tərk edirlər. Bunlar yalandır, kimsə heç yeri tərk etməyib. Xalqımız ordumuza, dövlətimizə inanır. Bu gün hamımızın birlik olması lazımdır. Dezinformasiyaların yayılmasına icazə verilməməli və rəsmi məlumatlara istinad edilməlidir. Təxribat törədən qüvvələrə ciddi cavab verilməlidir”.

Check Also

Sahil Babayev Tahir Mirkişilidən 124 minə 282 ədəd katric alır

Maliyyə Nazirliyi tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi məlum olub. Boyukmillet.com Yeniavaz-a istinadən xəbər …