Cümə , 27 Dekabr 2024
Drone Cameras

Deputat: Heydər Əliyevin adı və fəaliyyəti Azərbaycanın etnosiyasi coğrafiyasından dəfələrlə böyükdür

Heydər Əliyevin adı və fəaliyyəti Azərbaycanın etnosiyasi coğrafiyasından dəfələrlə böyükdür.

Bunu millət vəkili Hikmət Babaoğlu ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illəri şərh edərkən deyib.

Millət vəkili qeyd edib ki, Heydər Əliyev Azərbaycana həm sovet hakimiyyəti dövründə, həm də müstəqillik dövründə rəhbərlik edib: “Onun əsas amalı hər zaman Azərbaycanı irəli aparmaq olub. Heydər Əliyevin hakimiyyətinin birinci mərhələsi sovet, ikincisi müstəqillik dövründə olub. Ancaq fərqli, təzadlı ideoloji sistemlərə baxmayaraq, ümummilli liderin siyasi fəaliyyətinin əsas qayəsi milli inkişafı, milli tərəqqini təmin etmək olub və o, buna nail olub. Postsovet dövründə Azərbaycan xalqının milli özünüdərk prosesi də, Bakının kosmopolit şəhərdən milli şəhərə çevrilməsi də, Azərbaycanın neft sənayesindən başqa digər sənaye sahələrinin, o cümlədən aqrar sənayenin inkişafı da Heydər Əliyevin adı ilə bağlı olan hadisələrdir. Heydər Əliyevin adı Azərbaycan coğrafiyasından dəfələrlə böyükdür. O, sovet illərində təkcə Azərbaycanın deyil, SSRİ-də yaşayan bütün müsəlman xalqların lideri və hamisi idi. Bu nüans 1991-ci ildən sonra da Azərbaycanın bir çox xalqlarla isti münasibət qurmasına olduqca müsbət təsir göstərdi”.

Millət vəkili bildirib ki, Heydər Əliyevin ən böyük əsəri müstəqil Azərbaycandır: “Postsovet məkanından çıxmış çox az ölkə müstəqil siyasət həyata keçirə bilir, çox az ölkədə sabitlik bərqərar olunur, onlardan biri Azərbaycandır. Biz Azərbaycanda müstəqil dövlətçilik ənənələrinin qurulmasına görə, məhz Heydər Əliyevə borcluyuq. Onun ən böyük əsərlərindən biri 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasıdır. Bu Konstitusiya Heydər Əliyevdən sonrakı mərhələdə Azərbaycanın hüquqi və sosial dövlət kimi inkişafının əsasını yaratdı, ölkəmizi demokratik dövlət yoluna çıxardı. Heç şübhəsiz ki, hər bir dövlətin siyasi müstəqilliyinin arxasında iqtisadi müstəqillik dayanır. Heydər Əliyev müstəqilliyimizin çox ağır illərində Azərbaycanın iqtisadi müstəqilliyini təmin etmək üçün çox riskli və böyük layihəyə imza atmağı bacarıb. Bu, 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” layihəsi idi. Heydər Əliyevin böyüklüyü, həm də ölkənin gələcəyini, yəni qurduğu dövlətin yaşamasını təmin etməsidir”.

H.Babaoğlu qeyd edib ki, Heydər Əliyev erasından sonra da onun siyasəti, əqidəsi, azərbaycançılıq ideologiyası yaşayır: “Bu gün də Azərbaycan çiçəklənən bir ölkədir”. (trend)

 

Boyukmillet.com

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir