Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Deputat Vüqar Bayramov qardaşı Qubad İbadoğlunun həbsi barədə

Milli Məclisin deputatı Vüqar Bayramov inanır ki, qardaşı Qubad İbadoğlu ilə bağlı  araşdırmalar obyektiv aparılacaq və hüquqi dövlət prinsiplərinə uyğun ədalətli qərar qəbul ediləcək.

Boyukmillet.com xəbər verir ki, o bu barədə Turan-a bildirib.

Bayramov qeyd edib ki, dövlət qurumları ilə əlaqə quraraq qardaşının mütəmadi dərmanla təmin olunması üçün əlindən gələni edəcək.

O deyib ki, son bir həftə ərzində xaricdə olub və buna görə də İbadoğlunun həbsilə bağlı medianın suallarına cavab verə bilməyib.

Eyni zamanda, Vüqar Bayramov qardaşının saxta pul hazırlanmasında əli olması barədə istintaqın ittihamını şərh etməyib.

Xatırladaq ki, Azərbaycan Demokratiya və Rifah Partiyasının rəhbəri Qubad İbadoğlu iyulun 23-də günorta saxlanılıb. Bazar ertəsi ona qarşı Azərbaycan Cinayət Məcəlləsinin 204 .3.1-ci maddəsilə (mütəşəkkil dəstə tərəfindən satış məqsədilə saxta pul, qiymətli dövlət kağızları və ya xarici valyuta, yaxud xarici valyutada ifadə olunan qiymətli kağızları hazırlama, habelə əldə etmə və ya satma) ittiham irəli sürülüb.

Bu maddə üzrə onu  8 ildən 12 ilədək həbs cəzası təhlükəsi gözləyir. İyulun 24-də məhkəmə istintaq müddətində onu 4 ay həbs edib. Hüquq-müdafiə təşkilatları İbadoğluya qarşı təqibləri pisləyiblər və onun azad olunmasını tələb ediblər.

**Ötən ay İbadoğlu Milli Şuranın rəhbəri, professor Cəmil Həsənli və Avropada siyasi mühacirətdə olan diplomat Arif Məmmədovla birlikdə Azərbaycan gənclərinin təhsil fondunun yaradıldığını bildirib. Fond Londonda qeydiyyatdan keçib.

Qubad İbadoğlu xaricdəki azərbaycanlı məmurların əmlakının müsadirə edilməsi və həmin vəsaitlərin bu fonda köçürülməsi təşəbbüsü ilə çıxış edib.

Check Also

İmran Əliyev səhhətindəki problemlərə görə aclığı dayandırıb

“Aclıq sağlıq durumunu daha da pisləşdirib” Həbsdə olan ictimai fəallardan “meclis.info” saytının rəhbəri, 7 aydır …