Bazar , 7 Dekabr 2025
Drone Cameras

Deputatlar AŞPA-nın komitə iclasında iştirak edəcəklər

Milli Məclisin deputatları Kamal Cəfərov və Erkin Qədirli AŞPA-nın Hüquqi məsələlər və insan hüquqları komitəsinin iclasında iştirak etmək üçün noyabrın 13-də Fransanın Paris şəhərinə səfər edəcəklər.

Boyukmillet.com xəbər verir ki, komitənin gündəliyinə insan hüquqları və qanunun üstünlüyünə təhdidlər, ölümsaçan silah sistemlərinin insan hüquq və azadlıqları kontekstində dəyərləndirilməsi və digər məsələlər daxil edilib.

İclasda, həmçinin komitənin əvvəlki iclasının protokolu təsdiqlənəcək, təşkilati işlərə baxılacaq, növbəti iclasın yeri və vaxtı müəyyən ediləcək.

Səfər noyabrın 15-də başa çatacaq.

Check Also

Milli Məclis qanuna dəyişiklik etdi: Vəkillər Kollegiyasının sədri üçün müddət məhdudiyyəti ləğv olunur

Azərbaycan Milli Məclisinin oktyabrın 31-də keçirilən iclasında “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna dəyişikliklər qəbul edilib. Yeni …