Cümə axşamı , 25 Aprel 2024
Drone Cameras

DEPUTATLIĞA NAMİZƏD QARLI DAĞLAR AŞIB DAŞKƏSƏNDƏ SEÇİCİLƏRİ İLƏ GÖRÜŞDÜ

Qarlı-boranlı bir qış günündə seçki-təbliğat məqsədi ilə yolumuzu Daşkəsəndən saldıq. Yollar sürüşkən, keçilməz olmasına baxmayaraq ən ucqar dağ kəndinə qədər gedib seçicilərimizə yetişə bildik.

İlk görüşümüz Xoşbulaq qəsəbəsində oldu. 6-7 dərəcə şaxta olmasına baxmayaraq, sakinlər bizi isti nəfəsləri ilə qarşıladılar. Xüsusilə də kəndin xanım seçicilərinin deməyə sözü vardı. Kənd sakinlərinin arzu- istəklərini dinlədik, ehtiyaclarını eşitdik. Xoşbulaqlılar ölkə başçısı İlham Əliyevin Daşkəsənə diqqətindən ağızdolusu danışdılar. İcra başçısı Əhəd Əbiyevin onların hər istəyinə dərhal cavab verməsindən söhbət açdılar. Möhsüm Aslanova deputat seçilərsə, onlar kimi xalqa yaxın olmasını istədiklərini bildirdilər. Xoşbulaqlı xanımlara öz xoş arzularımızı çatdırıb yolumuza davam etdik.

Növbəti dayanacağımız Zağalı və Qaraqollar kəndi oldu. Zağalıda məktəbə baş çəkdik, məktəb direktorundan ziyalı fikrini dinlədik. Qaraqollarda isə kənd sakinləri bizi isti soba başında, çay stolu arxasında qonaq etdilər. Söylədilər ki, prezidentimizdən, icra başçımızdan çox razıyıq. Yolumuz, qazımız, suyumuz, hər şeyimiz var. Bir cavanlarımıza iş yerləri də olsa, elə xoşbəxtik ki, xoşbəxt. Deputatlığa namizəd Möhsüm Aslanov kənd cavanları ilə söhbətləşdi, birlikdə sobaya odun atdılar və çay süzdülər.

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …