Cümə , 29 Mart 2024
Drone Cameras

Deputatlığa namizəddən gülünc saxtakarlıq

 Milli Məclisə keçirilən seçkilər siyasi hərarəti artırmaqla yanaşı xeyli "kreativ" manevrlərin tətbiqinə şərait yaradıb.

Seçki ilə bağlı bir neçə saytın keçirdiyi sosialoji online sorğularda namizədlər şıdırğı mübarizəyə qoşulublar. Facebookda seçkini “udmaq” həvəsi namizədləri ən sonuncu variantlara qədər əl atmağa məcbur edir. Saxta profillər ordusu ilə hücuma keçən 101 saylı Göygöl-Daşkəsən seçki dairəsindən deputatlığa namizəd Elşad Mirbəşiroğlunun cəhdləri isə daha gülməlidir. Beləki, azxeber.com saytının apardığı online sosioloji sorğuda 101 saylı Göygöl-Daşkəsən seçki dairəsindən deputatlığa namizədlər tanınmış telejurnalist Möhsüm Aslanovla, politoloq Elşad Mirbəşiroğlu arasında rəqabət zamanı ikincinin sehirli çubuğu işə düşüb. Aparılan sorğuda apanentinə 65/35 nisbətində uduzduğunu görən Mirbəşiroğlunun xeyrinə əcnəbi adlarla 1700 saxta profillərdən dəstək gəlib. Hamısı da rus qadın adları olan saxta profillərin heç birində nə şəkil, nə də bir dost mövcuddur.
Politoloq milli ad tapmayıb sonyaları, maniyaları köməyə çağırıb. İndidən saxtakarlığa meyl edən Mirbəşiroğlunun əslində bunula əsil mahiyyəti üzə çıxmış olub.
Eyni hal Elşad Mirbəşiroğlu tərəfindən “Bakupost” və digər saytlarda da təkrarlanıb.
Əminik ki, sözü gedən saytlar bu gülünc olayı araşdırıb həqiqəti üzə çıxaracaqlar.

Check Also

Qırmızı dənizdəki vəziyyət Avropa-Cənubi Koreya yük daşımalarının qiymətini 40 faiz bahalaşdırıb

Qırmızı dənizdəki təhlükəsizliklə bağlı yaranmış vəziyyət Cənubi Koreyadan Avropaya və əksinə istiqamətdə dəniz yolu ilə …