Şənbə , 18 Yanvar 2025
Drone Cameras

Diaspor Komitəsində iki tanınmış şəxsə vəzifə verilib

Diasporla İş üzrə Dövlət Komitəsində yeni kadr təyinatları olub.

Boyukmillet.com xəbər verir ki, bununla bağlı komitənin sədri Fuad Muradov əmr imzalayıb.

Əmrə əsasən, Yəhya Babanlı qurumun 4-cü ərazi şöbəsinin (Asiya, Türkiyə, Avstraliya və Okeaniya) müdir müavini vəzifəsinə gətirilib.

Bundan başqa, tanınmış jurnalist Cavid İsmayıl Diaspor Komitəsinin Təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdir müavini təyin edilib.

Komitədən təyinatlarla bağlı məlumata münasibət öyrənmək mümkün olmayıb.

Check Also

Türkiyənin Kayseri şəhərində Naxçıvanın 100 illiyilə bağlı konsert olub

Türkiyənin Kayseri şəhərinin Mədəniyyət Mərkəzində Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Qrupunun konserti olub. “Report”un …