Cümə axşamı , 21 Noyabr 2024
Drone Cameras

Diaspor təmsilçiləri Van şəhərində görüşlər keçiriblər.

Diasporla İş Üzrə Dövlət Komitəsinin dəstəyi, Beynəlxalq Diaspor Mərkəzi (BDM) və Əsilsiz Erməni İddiaları ilə Mücadilə Dərnəyinin (ASİMDER) birgə təşkilatçılığı ilə Türkiyənin Van şəhərində bir sıra görüşlər keçirilmişdir.

          Boyukmillet.com-a ASİMDER başqanı Göksel Gülbey bildirib ki, görüşlərin keçirilməsində məqsəd Azərbaycan mədəniyyətinin bu bölgədə daha yaxından təbliğ etmək məqsədilə önümüzdəki yaxın zamanlarda görüləcək təməlli fəaliyyətin əsasını qoymaqdır. O, bu bölgədə son dövrlər erməni diasporuna bağlı bir sıra xoşagəlməz fəaliyyətlərin aparıldığını və bu fəaliyyətlərin Azərbaycan və Türkiyəni birbaşa hədəf aldığını bildirdi. Gülbey açıqlamasında Akdamar adasını ziyarət etdiklərini, bu adanın və buradakı Akdamar kilsəsinin türk-xristian kültürünə aid olduğunu mətbuat nümayəndələri önündə bir daha qeyd edildiyini söylədi. Akdamar kilsəsinə önümüzdəki aylarda dünyada yaşayan xristian türklərdən bir qrupunun səfərini təşkil ediləcəyini də sözlərinə əlavə etdi.

          Qeyd edək ki, Vanda səfərdə olan Diasporla İş Üzrə Dövlət Diaspor Komitəsinin nümayəndəsi Kənan Məmmədov, BDM sədri İsmayıl Ağayev, ASİMDER sədri Göksel Gülbey və ASİMDER idarə heyyətinin üzvü Ərdal Vural Vanın azərbaycanlıların kompakt yaşayan kəndi olan Alaköyü də ziyarət ediblər. Kənd Muxtarlıq Evində kənd camaatı ilə görüş keçirilib. Görüşdə fəallıq göstərən kənd sakinləri burada görülməsi vacib olan bir çox məsələlərlə bağlı Azərbaycan heyyətinə sual və təkliflərini bildiribər. Daha sonra Azərbaycan adından Alaköydə 250-yə yaxın uşağa Azərbaycan bayrağı və hədiyyələr paylanmışdır.

          Vanda səfərdə olan heyyət şəhər valisi, polis rəisi, Van millət vəkili, AKP və MHP-nin şəhər başçıları və bir sıra qht və media təmsilçilərilə də görüşlər keçiriblər.

boyukmillet.com

Check Also

Ukraynada yaşayan Azərbaycan vətəndaşlarına xəbərdarlıq edilib

Qərar “ATACAMS” raketlərinə icazədən sonra verilib Azərbaycanın Ukraynadakı səfirliyi bu ölkədə yaşayan Azərbaycan vətəndaşlarına təhlükə …