Bazar , 15 Mart 2026
Drone Cameras

DİN-dən avtomobillərin torpaq yolla Bakını tərk etməsinə MÜNASİBƏT – VİDEO

Daxili İşlər Nazirliyi avtomobillərin torpaq yolla Bakını tərk etməsinə dair yayılan görüntülərə münasibət bildirib.

Boyukmillet.com xəbər verir ki, nazirliyin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov APA-ya bildirib ki, həmin görüntülər ötən gün Bakı-Quba yolunda qeydə alınıb. E. Zahidov deyib ki, paytaxtın çıxışındakı polis postunda yoxlama ilə əlaqədar yaranmış sıxlığı görən bəzi sürücülər alternativ  torpaq yolla şəhərdən çıxmaq istəyiblər:

“Lakin qarşıdakı növbəti postda həmin avtomobillər saxlanılaraq Bakıdan çıxmalarına müvafiq icazələrinin olub-olmaması yoxlanılıb. Kimin icazəsi varsa, buraxılıb, icazəsi olmayanlar isə geri qaytarılıb”.

Check Also

Alimpaşa Məmmədov haqda  SON QƏRAR verildi

Şəmkirin keçmiş icra başçısı Alimpaşa Məmmədovun kassasiya şikayətinə baxılıb. Boyukmillet.com-un əldə etdiyi məlumata görə, Ali …