Çərşənbə , 14 May 2025
Drone Cameras

DİN-dən xəbərdarlıq: Şou-əyləncə, toy, nişan keçirilməsi qadağandır

Fevralın 1-dən etibarən ölkə ərazisində ictimai iaşə obyektləri, eləcə də restoran, kafe və çay evləri və bu kimi digər məkanlarda müştərilərə saat 06:00-dan 00:00-dək yerində xidmətlər bərpa olunub.

Bu barədə “Report”un sorğusuna cavab verən DİN-in Mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində pandemiya dövrü ilə əlaqədar Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən edilən məhdudiyyət və tələblərə ciddi riayət olunmalıdır.

Şöbə rəisi qeyd edib ki, xüsusi karantin rejimi dövründə ictimai iaşə obyektləri, eləcə də restoran, kafe və çay evləri və bu kimi digər məkanlarda şou-əyləncə, toy, nişan və digər kütləvi tədbirlərin təşkili və keçirilməsi qadağandır.

Check Also

Füzuli Məmmədovu gözdən salma cəhdləri nəyə hesablanıb?

Ölkəmizin tanınmış futbolçularından biri olmuş Füzuli Məmmədov hazırda məşqçi kimi fəaliyyət göstərir. Bu ildən isə …