Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

DİN: Seçki prosesinə polisin qanunsuz müdaxilə etməsi faktı qeydə alınmayıb

Fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər zamanı daxili işlər orqanları tərəfindən qanunla müəyyən olunmuş vəzifələrin icrası təmin edilib, təhlükəsizlik və hüquq qaydası etibarlı qorunub.

Bu barədə Boyukmillet.com-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, saat 19.00-a olan müddətə ictimai asayişin kobud surətdə pozulması, seçki prosesinə polisin qanunsuz müdaxilə etməsi faktı qeydə alınmayıb.

“Polis yalnız Seçki Məcəlləsi ilə nəzərdə tutulmuş halda – rəsmi dəvət əsasında seçki məntəqələrinə gəlib asayişi bərpa edib, qanunauyğun tədbirlər görüb”, – DİN-dən bildirilib.  

Check Also

Xudafərinin azad olunmasından 6 il ötür

Cəbrayıl rayonunun Xudafərin kəndinin erməni işğalından azad edilməsindən 6 il ötür.Boyukmillet.com xəbər verir ki, Azərbaycan …