Çərşənbə , 1 Aprel 2026
Drone Cameras

DİN: “Vətəndaşlara qarşı qeyri-etik hərəkətlər edən yeniyetmə məcburi müalicədədir”

Afiyəddin Cəlilovun nəvəsi olduğu bildirilən və vətəndaşlara qarşı qeyri-etik hərəkətlər edən yeniyetmə A.C. sağlamlığında olan psixoloji problemlərlə bağlı müvafiq psixiatriya xəstəxanasında məcburi müalicədədir.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev məlumat verib.

O bildirib ki, yeniyetmə ilə bağlı görüntülərin təkrar paylaşılaraq tirajlanması çaşqınlıq yaradır: “Onunla bağlı qanunla müəyyən olunan bütün tədbirlər icra olunur”.

Qeyd edək ki, A.Cəlilov Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri, Azərbaycan Ali Sovetinin sədr müavini, daha sonra Prezidentin müşaviri olub. 1994-cü ildə Bakıda yaşadığı binanın blokunda sui-qəsd nəticəsində öldürülüb.

Check Also

Keçən ay sərhəddə yarım tondan çox narkotik vasitə aşkarlanıb

Mart ayı ərzində dövlət sərhədində yarım tondan çox narkotik vasitə aşkarlanıb. Bu barədə Dövlət Sərhəd Xidmətindən …