Cümə , 22 Noyabr 2024
Drone Cameras

Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi Oğuzda konfrans keçirib

Oğuz rayonunda Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Azərbaycançılıq: dini həmrəylik və birgəyaşayışın qarantı” adlı konfrans keçirilib.

Boyukmillet.com xəbər verir ki, konfrans Oğuz rayon Mədəniyyət Mərkəzində baş tutub.

Konfransdan öncə “Heydər Əliyev və Azərbaycançılıq” filmi nümayiş olunub.

Konfransda Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov, Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi, həmçinin müsəlman dini icmaların üzvləri, Rus Pravoslav kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının, Azərbaycan Respublikası Katolik kilsəsinin təmsilçiləri, Alban-Udi xristian, Oğuz şəhər Yəhudi, Bakı şəhəri “Alov”, Qax rayonu “Müqəddəs Giorgi” kilsəsi gürcü pravoslav, Sumqayıt şəhəri “Molokan ruhani-xristian”, Bakı şəhəri “Yevangelist Xristian Baptistlərinin kilsəsi” dini icmalarının və Azərbaycan Bəhailər Dini Mərkəzinin sədrləri iştirak ediblər.

Çıxışlar zamanı bildirilib ki, ölkəmizdə tarixən mövcud olmuş multikultural dəyərlər sisteminin, dinlərə etiqad edən etnosların dini icmalarının və kilsə, sinaqoq və məscidlərin mövcud olduğu, eləcə də müxtəlif azsaylı xalq və etnik qrupların birgə yaşadığı regionlarımızdan biri də Oğuz rayonudur. Tarixi-dini abidələrimizin, o cümlədən məscid, kilsə, sinaqoqların bərpası və yenidən qurulması, yeni ibadət evlərinin inşası Azərbaycan dövlətinin bu sahədə həyata keçirdiyi siyasətin tərkib hissəsidir.

Check Also

Gündüz İsmayılov: Azərbaycanda hər hansı məzhəbin üstünlüyü konteksində dini təhsil aparılmır

Azərbaycanda hər hansı məzhəbin üstünlüyü konteksində dini təhsil aparılmır. Boyukmillet.com xəbər verir ki, bunu Dini …