Cümə axşamı , 31 Oktyabr 2024
Drone Cameras

Dnepropetrovsk azərbaycanlılarının diaspor fəaliyyəti təqdirəlayiqdir.

Boyukmillet.com stimulxəbər.az istinadənAzərbaycan müstəqillik əldə etdikdən sonra dövlətin qarşısında duran əsas vəzifələrdən biri də xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, onların ölkəmizin ümumi maraqlarının müdafiəsi işinə cəlb edilməsi olmuşdur. 1993-cü ildə sabiq prezident Heydər Əliyevin hakimiyyətə gəlişi digər sahələrdə olduğu kimi, diaspor quruculuğu işində də əsaslı dönüş yaratmışdır. Ulu öndər bütün xarici səfərlərində Azərbaycan diasporunun nümayəndələri ilə görüşür, onların problem və qayğıları ilə maraqlanır, həmvətənlərimizi yenicə müstəqillik qazanmış respublikamızın tarixi mənafelərinin reallaşdırılması prosesində fəal iştirak etməyə çağırırdı.

Qısa bir müddət keçdikdən sonra, diaspor quruculuğu Azərbaycan Respublikasının dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasətin məqsədi dünya azərbaycanlılarının tarixi Vətənlə əlaqələrini inkişaf etdirmək, soydaşlarımızın milli özünəməxsusluğunu qoruyub saxlamaq, diasporun potensialından milli maraqlarımızın daha etibarlı şəkildə qorunması istiqamətində faydalanmaq, diasporlararası əlaqələri genişləndirmək, onların mədəni-siyasi hüquqlarını müdafiə etməkdən ibarət idi. Əsası Ulu öndər tərəfindən qoyulmuş bu siyasət, bu gün Dövlət başçısı cənab İlham Əliyev tərəfindən, daha müasir formada və dinamik şəkildə davam etdirilir.

Dnepropetrovsk azərbaycanlılarının diaspor fəaliyyəti təqdirəlayiqdir.

Ukraynanın Dnepropetrovsk vilayətində yaşayan soydaşlarımızın Diaspor fəaliyyəti də, Azərbaycan dövlətinin xarici siyasəti ilə tam üst-üstə düşür. Dnepropetrovskidə yaşayan Azərbaycanlılarımız Diaspor fəaliyyətində daha fəaldırlar. Onlar Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında bir çox üsullardan istifadə edərək, yaxşı nəticələr əldə etmişdilər. Dnepropetrovsk azərbaycanlıları təkcə qarşılaşdığımız problemlərdən deyil, ümumiyyətlə azərbaycan mədəniyyətini, incəsənətini, milli adət-ənənələrini yaşadıqları şəhərdə yüksək səviyyədə təbliğ edir, azərbaycanı layiqincə təmsil edirlər.

2006-cı ildə biz Dahi bəstəkar Üzeyir Hacıbəyovun “Arşın Mal Alan” pyesini Ukrayna dilinə tərcümə edərək, T.Şevçenko adına teatra bu pyesin hədiyyə olunması çox böyük bir təbliğatdır. Azərbaycandan bütün lazımi ləvazimatları, geyim və s. gətirdərək teatra bağışlamağın özü əsil təbliğat növüdür.

Əslində bu kimi təbliğatı təkcə Dnepr şəhərində deyil, onu bütün Ukrayna ərazisində təbliğ etmək lazımdır.

Dnepropetrovsk azərbaycanlılarının diaspor fəaliyyəti təqdirəlayiqdir.

BUAK Dnepropetrovski vilayəti üzrə nümayəndələrinin gərgin fəaliyyəti digər təşkilatlardan öz fəallığı ilə fərqlənir.

BUAK Dnepropetrovski vilayətinin üzvləri Ukrayna ərazisində gedən döyüşlərdə, ATO-ya dəfələrlə baş çəkmiş, müxtəlif köməkliklərini əsirgəməmişdir.

Azərbaycan xalqının qəhrəman oğlu Sovet İttifaqı qəhrəmanı Mikayıl Ələkbərovun Dnepropetrovsk vilayətindəki qardaşlıq məzarında büstü də var. Diaspor fəallarımız çalışır ki, bu torpaqlar uğrunda canını fəda etmiş həmyerlimizin heykəlini şəhər mərkəzindəki parkların birində ucaldsınlar.

BUAK Dnepropetrovski vilayəti üzrə sədri Qüdrət Hacıyev və onun müavini Ukrayna dövlət orqanlarında çalışan Nəcəf Əhmədov haqqında, onların birgə gördükləri işlər haqqında nə qədər yazılsa da, yenə də azdır. Yorulmadan çalışan həmyerlilərimiz Azərbaycan naminə, dövlətimizin, bayrağımızın daha da yaxşı tanınması naminə əllərindən gələni edirlər.

BUAK Dnepropetrovski vilayətinin rəhbərliyi BUAK sədri Rövşən Tağıyev seçildikdən sonra bu sahədə xüsusi canlanma olduğunu, ümumukraynada fəallığın artdığını xüsusi vurğuladılar.

Bundan əlavə Dnepropetrovski vilayətinin “Novo Moskovskiy” şəhərində yaşayıb yaradan, millətimizi layiqincə təmsil edən Şikar Hüseynovun da xidmətləri təqdirəlayiqdir. Şikar yaşadığı şəhərdə nüfuzlu bir iş adamıdır. Onun”Ağdam “ adlı şəxsi Ticarət mərkəzi, bazarı və bir neçə əlavə obyektləri də var. 2001-ci ildən BUAK-nin “Novo Moskovskiy” şəhərində sədridir. Şikar müəllimin imkan olduqca Azərbaycanlıları daha çox dövlət qurumlarında yerləşdirilməsində xüsusi xidmətləri var.

Dnepropetrovsk azərbaycanlılarının diaspor fəaliyyəti təqdirəlayiqdir.

Şikar müəllimin fəaliyyətindən yerli mətbuatda, “Novo Moskovskiy Pravda” “Prisamara” qəzetlərində, çox yazılıb.

Şikar müəllimin yetirmələrində Zaur və Səxavət adlı azərbaycanlı balaları artıq sözügedən şəhərin hüquq-mühafizə orqanlarında çalışırlar.

Dnepropetrovski vilayətindəki soydaşlarımızın fəaliyyəti o qədər genişdir ki, onu bir vəyaxud bir neçə məqaləyə sığışdıra bilməzdik. Odur ki, növbəti saylarımızda yenə də Dneprdə yaşayan soydaşlarımızın diaspor fəaliyyətinə müraciət edəcəyik.

Əlmaniz Ələkbərli

Check Also

Səfirimizin 3 milyonluq korrupsiya əməli – Bakıya təhlükə

Azərbaycan Respublikasının İraqdakı səfirliyində ciddi qanun pozuntusu, korrupsiya halları müəyyən edilib. Boyukmillet.com xəbər verir ki, …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir