Cümə axşamı , 2 Yanvar 2025
Drone Cameras

Dövlət Departamenti: ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə və həllinə sadiqdir

ABŞ Dövlət Departamenti Endryu Şefferin ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk qrupuna yeni həmsədr təyin olunduğunu rəsmən elan edib. 

“Report” xəbər verir ki, bu barədə Departamentin rəsmi nümayəndəsi Hizer Noyertin bəyanatında bildirilir.

“ABŞ Minsk qrupu prosesinə və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə və uzunmüddətli həllinin əldə olunması məsələsində tərəflərə yardım göstərilməsinə sadiqdir… Endryu Şeffer tərəflərə bu məqsədlərə nail olunmasında köməklik göstərməyə hazırdır”, – deyə H.Noyert bildirib.

Dövlət Departamentinin sözçüsü qeyd edib ki, Amerika tərəfi Azərbaycan və Ermənistan hökumətlərini bu gün qüvvəyə minən təyinat barədə məlumatlandırıb.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir