Cümə axşamı , 26 Mart 2026
Drone Cameras

Dövlət başçısı: “Nə qədər çox interkonnektor olarsa, Avropa məkanına qaz ixracatı da bir o qədər genişləndirilə bilər”

Avropada yaranmaqda olan interkonnektorlar çox mühüm rol oynayır. Nə qədər çox interkonnektor olarsa, bizim Avropa məkanına qaz ixracatımız bir o qədər də genişləndirilə bilər. Təbii ki, uzunmüddətli kontraktlar imzalanmalıdır.

Boyukmillet.com xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev martın 14-də Berlində Almaniya Kansleri Olaf Şolts ilə mətbuata bəyanatında söyləyib.

Avropada yaşıl keçidə meyillərin yüksək olduğunu qeyd edən Azərbaycan Prezidenti bildirib: “Biz uzunmüddətli kontraktlarda maraqlıyıq və ümid edirəm ki, bu məsələləri bir-birimizlə uzlaşdıra bilərik”.

Check Also

Neft qiymətləri artır, bəs manatı nələr gözləyir? – MÜHÜM AÇIQLAMA

Dünya enerji bazarlarında baş verən dalğalanmalar, xüsusilə neftin qiymətində müşahidə olunan kəskin artım fonunda neft …