Cümə axşamı , 11 Dekabr 2025
Drone Cameras

Dövlət Departamenti Qətərə təxminən 2 milyard dollarlıq PUA satışını təsdiqləyib

ABŞ Dövlət Departamenti Qətərə pilotsuz uçuş aparatları və əlaqəli sistemlərin təxminən 2 milyard dollarlıq potensial satışını təsdiqləyib.

Boyukmillet.com xəbər verir ki, bu barədə hökumətlərarası müqavilələr üzrə xaricə hərbi texnika və silah tədarükünə cavabdeh olan Pentaqonun Təhlükəsizlik Əməkdaşlığı Agentliyi məlumat verib.

Bəyanatda vurğulanıb ki, Qətər hakimiyyəti əvvəllər ABŞ-dən səkkiz MQ-9B PUA, AGM-114R2 Hellfire II raketləri də daxil olmaqla döyüş sursatları, həmçinin idarəetmə və rabitə də daxil olmaqla müxtəlif sistemlər istəyib.

“Təklif olunan satış dost dövlətin müdafiəsini gücləndirməklə ABŞ-nin xarici siyasəti və milli təhlükəsizlik məqsədlərinə uyğun olacaq”, – agentlik bildirib.

ABŞ administrasiyası artıq Konqresi silah və texnikanın mümkün satışını təsdiqləmək barədə qərarını xəbərdar edib. Qanunverici orqanın potensial sövdələşməni nəzərdən keçirmək və onu bloklamaq üçün 30 günü var.

Check Also

Nikol Paşinyandan azərbaycanlı səfirə absurd cavab

Erməni mediası Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayevin Berlində Ermənistanın baş naziri Nikol Paşinyana xitabən söylədiklərini …