Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Dövlət Departamenti: “Ukrayna Türkiyədən sonra Avropanın ən qabaqcıl ordusuna sahib olacaq”

Ukrayna Türkiyə Ordusundan sonra Avropada ən böyük və ən qabaqcıl orduya sahib olacaq”.

Boyukmillet.com xəbər verir ki, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Derek Hoqa Vaşinqtonda Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində keçirilən seminarda deyib.

Onun sözlərinə görə, Kiyev Avropanın təhlükəsizlik sistemində mühüm rol oynayacaq:

“Bizim Ukrayna ilə bağlı öhdəliyimiz uzunmüddətlidir və biz Kiyevin uzunmüddətli perspektivdə Avropa təhlükəsizlik sistemində oynayacağı rolu tanıyırıq və alqışlayırıq. Türkiyədən sonra Ukrayna Avropanın ən böyük, ən modernləşdirilmiş, ən qabaqcıl ordusuna sahib ola bilər. Biz Ukraynanın müttəfiqləri və tərəfdaşları ilə qarşılıqlı fəaliyyətini təmin etmək istəyirik, ona görə də biz bu ölkə ilə uzunmüddətli tərəfdaşlıqda maraqlıyıq və bu istiqamətdə işləyəcəyik”.

Diplomat qeyd edib ki, Amerika tərəfi hazırda bu məsələ ilə fəal məşğul olur.

Qeyd edək ki, Türkiyə NATO-da ABŞ-dan sonra ikinci ən böyük hərbi potensiala malikdir.

Check Also

Robert Köçəryan həbsxanada təkadamlıq kamerada saxlanılır

“Ermənistanın keçmiş prezidenti Robert Köçəryan bu yaxınlarda ürəyinə stent qoydurulduğu üçün daim kardioloqun nəzarəti altındadır”. …