Bazar , 8 Fevral 2026
Drone Cameras

Dövlət Komitəsinin sədri: “Son üç ildə elə hadisələrlə qarşılaşmışam ki, danışılası deyil”

“Son üç ildə elə hadisələrlə qarşılaşmışam ki, danışılası deyil”.

Boyukmillet.com xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Qadın və uşaq hüquqları üzrə qanunvericiliyin təkmilləşdirilməsi: mövcud vəziyyət və yeni çağırışlar” mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan cəmiyyəti adət-ənənə ilə yaşamalı, qanuna tabe olmalıdır: “Əgər bizim istəklərimiz qanuna uymursa, bu qanunun günahı deyil. Cəmiyyət konkret olaraq nə istədiyini bilməlidir. Hər zaman bu mövzularda qəti mövqeyim olub. Lakin son üç ildə elə hadisələrlə qarşılaşmışam ki, danışılası deyil. Özümüzü olduğumuzdan daha qatı mühafizəkar göstəririk. Niyə? Bu baxımdan hesab edirəm ki, milli-mənəvi dəyərlərimizi qorumaqla qanunlara tabe olmalıyıq”.

Check Also

Milli Məclisin yaz sessiyasının qanunvericilik işləri planı müəyyənləşib

Milli Məclisin 2026-cı il yaz sessiyasının qanunvericilik işləri planı müəyyənləşib. Boyukmillet.com xəbər verir ki, qanunvericilik …