Bazar , 14 Dekabr 2025
Drone Cameras

Dövlət Komitəsinin sədri Zaqatalada vətəndaşları qəbul edəcək

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun avqustun 6-da keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.

Bu barədə “Report”a Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, sədr avqustun 12-də Zaqatala, Balakən və Qax rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qəbul saat 10:00-da Zaqatala rayonundakı Heydər Əliyev Mərkəzində keçiriləcək.

Check Also

DİN qanunsuz saxlanılan odlu silahlarla bağlı əhaliyə çağırış edib

Daxili İşlər Nazirliyi qanunsuz saxlanılan odlu silahlarla bağlı növbəti çağırış edib. Bu barədə nazirlikdən məlumat …