Bazar , 19 Yanvar 2025
Drone Cameras

Dövlət Qulluğunu İdarəetmə Şurasının yeni tərkibi təsdiqlənib

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının yeni tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Boyukmillet.com xəbər verir ki, sərəncama əsasən Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının aşağıdakı yeni tərkibi təsdiq edilib:

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq ekspertizası şöbəsinin müdiri

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri.

Check Also

Siyasi şərhçi: “Düşünmürəm ki, Rusiya təyyarəni bilərəkdən vurub”

Təhlükəsizlik eksperti: “Konkret planlı işdir, görünür, təyyarənin izini itirməyə çalışıblar” AZAL-ın Bakı-Qroznı aviareysi üzrə hərəkət …