Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Dövlət qurumlarında KORRUPSİYA: “İnvestisiya Holdinqinin bu istiqamətdə fəaliyyəti…”-Şərh

“İnvestisiya Holdinqinin tərkibində sağlamlaşdırmağa ehtiyac olan qurumlar saxlanılır”.

Bu sözləri ötən il yaradılan İnvestisiya Holdinqinin fəaliyyətini dəyərləndirən “VECON CONSULTING” şirkətinin direktoru, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədr müavini Vüqar Oruc  açıqlamasında deyib.

vuqar 1

İqtisadçı bildirib ki, İnvestisiya Holdinqinin fəaliyyəti korrupsiya və özbaşınalığın qarşısının alınmasında mühüm rol oynayır:

“İnvestisiya Holdinqinin yaradılmasında əsas məqsəd ölkədəki ayrı-ayrı strukturların vahid mərkəzdən idarə olunması və publik şəxs kimi bəlli qurumların nəzarətə saxlanmasından ibarətdir. Bu strukturların maliyyə sağlamlığının təmin edilməsi və eyni zamanda, maliyyə təsərrüfatı işlərinə ümumi nəzarət holdinqin funksiyasına daxildir.

Holdinq yarandığı gündən bu günə kimi üzərinə qoyulan məsuliyyətin öhdəsindən uğurla gəlir. Yəni fəaliyyəti çərçivəsində iqtisadi vəziyyətin normallaşmasına, korrupsiya və özbaşınalığa qarşı mübarizədə iştirak edir. Bu nəzarət məmurun öz fəaliyyəti dövründə dövlətçilik prinsiplərini əsas götürməsində və hər hansısa qanunsuz fəaliyyətə yol verməməsində əlverişli rol oynayır.

Hazırda İnvestisiya Holdinqinin tərkibində böyük dövlət strukturları və müəssisələri cəmləşib. Dövlət büdcəsində xüsusi əhəmiyyətli yer tutan “Azərbaycan Hava Yolları” (AZAL), “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti, “Bakı Metropoliteni” QapalıSəhmdar Cəmiyyəti və “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyəti İnvestisiya Holdinqinin tərkibinə daxil edilib və onların bütün maliyyə fəaliyyəti nəzarət altındadır.

“Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti və “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti İnvestisiya Holdinqinə verilsə də, sonradan azad olunub. Bu, onu göstərir ki, İnvestisiya Holdinqi sırf maliyyə-təsərrüfat fəaliyyətində şəffaflaşdırmağa ehtiyac olan qurumlara nəzarət edir”.

Holdinqin fəaliyyəti çərçivəsində dəyişikliklərin edilməsinin zəruri olub-olmadığına da toxunan Vüqar Orucun fikrincə, holdinqin yükü böyükdür və bu baxımdan, qurumun tərkibində yeni strukturların yaradılmasına ehtiyac var:

“Holdinqin strukturlara qarşı effketli nəzarəti həyata keçirməsi üçün müvafiq şöbələr və institutlar yaradılmalıdır. Hesab edirəm ki, qurumun fəaliyyətinin daha da gücləndirilməsi effektiv nəticələr əldə etməyə imkan verəcək. İnvestisiya Holdinqi bütün hallarda ölkəmiz üçün vacib bir qurumdur”.

Check Also

İmran Əliyev səhhətindəki problemlərə görə aclığı dayandırıb

“Aclıq sağlıq durumunu daha da pisləşdirib” Həbsdə olan ictimai fəallardan “meclis.info” saytının rəhbəri, 7 aydır …