Çərşənbə axşamı , 9 Dekabr 2025
Drone Cameras

Dövlət Xidməti ötən il rəqabətin məhdudlaşdırılması üzrə 161 müraciətə baxıb

2024-cü ildə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti hökmran mövqe və nisbətən yüksək bazar gücündən sui-istifadə hərəkətləri ilə müvafiq bazarlarda rəqabətin məhdudlaşdırılmasına yol verilməsi üzrə 161 müraciətə baxıb.

Boyukmillet.com bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2023-cü illə müqayisədə 3 dəfə çoxdur.

İl ərzində rəqabətin məhdudlaşdırılmasına yol verilməsi üzrə baxılmış müraciətlərin 57 %-i və ya 92-si təmin edilib.

“Biznes subyektlərinin bazara girişini çətinləşdirən halların qarşısının alınması və aradan qaldırılması istiqamətində tənzimləyici tədbirlərini davam etdirilir”, – deyə Dövlət Xidməti bəyan edib.

Check Also

Azərbaycanda müxtəlif qoruyucu burunaltılıların ölkəyə idxal gömrük rüsumları dəyişib

Nazirlər Kabineti 17 noyabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Xarici iqtisadi fəaliyyətin mal …