Cümə , 17 May 2024
Drone Cameras

Dövlətimizi və Prezidentimizi müdafiə edək, düşmənə qarşı həmrəylik göstərək..

Azərbaycan dövləti,Azərbaycan rəhbərləri yalnız xalqın milli maraqlarını müdafiə edəcək, xalqın arzularını gerçəkləşdirəcək siyasət həyata keçirməkdədirlər.

Azərbaycan respublikasının prezidenti cənab İlham Əliyev və vitse-prezident Mehriban xanım Əliyeva siyasi iradələrinə bağlı qərarlar qəbul edərək, ölkəmizin inkişafı, rifahı naminə böyük  layihələr həyata keçirirlər.

Baxın, artıq Qarabağ  Azərbaycanındır!! 

Qarabağın hər bölgəsində abadlıq quruculuq işləri aparılmağa başlanmışdır. Dövlət Fizulidən Şuşaya yol, işıq çəkir. Tezliklə bu yerlərdə yaraşıqlı evlər, hündür binalar tikiləcək, ağaclar əkiləcək, işğaldan azad olunmuş bütün kəndlər, şəhərlər abadlaşdırılacaqdır.

Xalqını sevən, gecə-gündüz yorulmaq bilmədən  bu, işləri həyata keçirmək üçün çalışan, azad olunmuş şəhərlərimizə  səfər edən prezident cənab İlham Əliyev və vitse-prezident Mehriban xanım Əliyeva kimi,  dünyanın həsəd apardığı siyasi liderlərimiz var.

 Biz  hamılıqla bu, rəhbərlərlə fəxr etməliyik.

 Ona görə də, hər birimiz onların yanında olmalı, etdiklərini  yüksək dəyərləndirməliyik.

Bunu  ona görə etməliyik ki,  MİLLİ BİRLİYİ, DÖVLƏTÇİLİYİ, PREZİDENTİ, ORDUSU GÜCLÜ OLAN  VƏTƏNPƏRVƏR XALQ, HEÇ VAXT MƏĞLUB OLMAZ, QALİB OLARAQ YAŞAYAR.

Eşq olsun, qalib ordumuza, qətiyyətli, sevimli  prezidentimizə, çiçəklənən Azərbaycanımıza

 Yasəmən Möhübbətqızı.

AJB-üzvü,Beynəlxalq Sülh səfiri.

 İSBAM sədrinin müşaviri.

Check Also

Başsız qalan Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi… Muraz Məmmədov qanunsuz əməlləri nə qədər davam edəcək?

Prezident İlham Əliyevin siyasətinə “Müstəqil Jurnalist Araşdırmaları” İctimai Dəstək Qrupu olaraq ölkədə mühüm xəbərləri obyektiv şəkildə …