Çərşənbə , 14 May 2025
Drone Cameras

DSX rəhbərliyi jurnalistlərə qarşı nalayiq hərəkətlər edən Rövşən Cahangirova məzəmmət elan edib

Dövlət Sərhəd Xidmətinin (DSX) “Baku TV”nin əməkdaşlarına qarşı nalayiq hərəkətlərə yol verən hərbi qulluqçusu, mayor Rövşən Cahangirova məzəmmət elan edilib.

Boyukmillet.com xəbər verir ki bu barədə “Report”un sorğusuna cavab olaraq DSX-nin Mətbuat Mərkəzindən bildirilib.

Qeyd edilib ki, DSX rəhbərliyi tərəfindən nəzakətsiz davranışına görə R.Cahangirov məzəmmət olunub.

Xatırladaq ki, DSX-nin mayoru R.Cahangirov xidməti vəzifəsini yerinə yetirən, hərbi helikopter qəzası zamanı şəhid olan sərhədçilərlə vida mərasimində çəkiliş aparmaq istəyən “Baku TV”nin əməkdaşlarına qarşı nalayiq hərəkətlər edib. O, jurnalistlərə qarşı kobudluq edib, onları əli ilə itələyib, media nümayəndələrinin çəkiliş aparmasına imkan verməyib.

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin İntizam Nizamnaməsinə əsasən, hərbi intizamı və ictimai asayişi pozan zabitlər ictimai qaydada məzəmmət edilirlər. Məzəmmət töhmətdən əvvəl tətbiq edilən cəza növüdür.

Check Also

Tofiq Zülfüqarovdan sensasion açıqlama

Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov rəsmi Bakı ilə “şimal qonşumuz” arasında böhran ilə …