Şənbə , 23 Noyabr 2024
Drone Cameras

DTX-dən ABŞ-ın “Azərbaycana getməyin, çünki…” xəbərdarlığına reaksiya: “Hər hansı terror təhlükəsi riski mövcud deyil” (YENİLƏNİB)

Amerika Birləşmiş Ştatlarının Dövlət Səyahət Departamentinin rəsmi internet səhifəsində ABŞ vətəndaşlarına Azərbaycanda “COVİD-19” koronavirus infeksiyası və yüksək terror təhlükəsi riski ilə əlaqədar məlumat verilmiş, onlara ciddi zərurət olmadığı təqdirdə ölkəmizə səyahət etməmələri tövsiyə olunub.

Boyukmillet.com xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin saytı məlumat yayıb.

Bildirilib ki, qeyfd olunan məlumat sosial media resurslarının Azərbaycan seqmentində yayılib: “Bununla əlaqədar bəyan edirik ki, Azərbaycan Respublikasının ərazisində terror təhlükəsinin olması ilə bağlı verilən bu kimi məlumatlar həqiqəti əks etdirmir və tamamilə əsassızdır.

Eyni zamanda bildiririk ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu hüquq mühafizə və təhlükəsizlik siyasəti nəticəsində ölkəmizdə yaradılmış dayanıqlı sabitlik və əmin-amanlıq vətəndaşlarımızın, həmçinin Azərbaycana gələn əcnəbilərin təhlükəsizlik şəraitində yaşamasına təminat verir. Hazırda ölkəmizə səyahət etmək istəyən şəxslər üçün hər hansı terror təhlükəsi riski mövcud deyildir.

Xatırladaq ki, ABŞ Dövlət Departamenti ölkə vətəndaşlarına Azərbaycan və Ermənistana səyahət etməməyi tövsiyə edib.

Bu barədə xəbərdarlıq ABŞ Dövlət Departamentinin saytında yerləşdirilib.

ABŞ Azərbaycanla bağlı səyahət məsləhətlərini ən yüksək səviyyəyə – 4-cü səviyyəyə (qırmızı) qaldırıb və vətəndaşlarına səyahət etməməyi tövsiyə edib. ABŞ Dövlət Departamenti tərəfindən verilən xəbərdarlıqda səbəb kimi koronavirus və sərhəddəki gərginlik, terror təhlükəsi göstərilib.

Qeyd olunur ki, Azərbaycan uzun müddətdir, terror riski ilə üzləşir.

Xəbərdarlıqda ABŞ vətəndaşlarına bu səbəbdən Azərbaycan-İran sərhədinə lazımsız səyahətlərdən çəkinmək tövsiyə olunur. Son əməliyyatlara görə Qarabağ regionuna və ətraf ərazilərə də səyahət etməməyə çağırış edilir.

Bildirilir ki, giriş məhdudlaşdırıldığı üçün ABŞ hökuməti Qarabağ və ətraf ərazilərdə ABŞ vətəndaşlarına təcili yardım göstərə bilmir.

“Azərbaycanın Ermənistanla sərhədinə yaxın yollarda ehtiyatlı olun. Yolun bəzi hissələrinin beynəlxalq sərhədləri xəbərdarlıqsız keçə biləcəyinə diqqət edin. Yollar yoxlama məntəqələrinin nəzarətində ola və ya xəbərdarlıq edilmədən səyahət edənlər üçün bağlana bilər”, – deyə xəbərdarlıq bildirilir.

Qeyd edək ki, ABŞ Dövlət Departamenti Ermənistana səyahətlə bağlı da oxşar xəbərdarlıq edib/APA.

Check Also

İmran Əliyev səhhətindəki problemlərə görə aclığı dayandırıb

“Aclıq sağlıq durumunu daha da pisləşdirib” Həbsdə olan ictimai fəallardan “meclis.info” saytının rəhbəri, 7 aydır …