Şənbə , 4 Aprel 2026
Drone Cameras

DTX-nin əməliyyatı ilə saxlanılan Qaxın icra başçısı barəsində həbs qətimkan tədbiri seçilib

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyat zamanı saxlanılan Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev barəsində həbs qətimkan tədbiri seçilib.

Boyukmillet.com xəbər verir ki, bu barədə qərar Səbail rayon Məhkəməsində keçirilən prosesdə verilib.

Sabiq icra başçısı barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Musa Şəkiliyev ötən gün DTX-nin əməliyyatı zamanı tutulub. O, qulluq mövqeyindən istifadə etməklə xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəmə cinayətində ittiham olunur.

Bu gün Prezident İlham Əliyevin sərəncamına əsasən o, Qax rayon icra başçısı vəzifəsindən azad edilib.

Check Also

Azərbaycanda terror fəaliyyəti ilə bağlı yeni cəzalar müəyyənləşir

Terror təşkilatı yaratma, ona rəhbərlik etmə və ya onun fəaliyyətində iştirak etməyə görə cəzalar müəyyənləşir. …