Çərşənbə axşamı , 2 İyul 2024
Drone Cameras

Dünyanın ən yaraşıqlı cinayətkarı – Qadınları öldürüb, zorlayıb, sonra isə parçalayırdı – FOTOLAR

Ən ağıllı seriyalı qatil kimi tanınan Ted Bandinin adam öldürə bildiyinə heç kim inanmırdı, çünki o yetəri qədər ağıllı, alicənab və yaraşıqlı idi.

Amerikalı seriyalı qatil, nekrofil, təcavüzkar Ted xarici görkəmindən istifadə edərək qadınları kimsəsiz ərazilərə gətirir, ölümcül şəkildə döyür, sonda isə cəsədlərini zorlayaraq parçalayırdı.

Minval.info dünyanın ən yaraşıqlı və eyni zamanda ən qəddar seriyalı qatili Ted Bandi haqqında maraqlı faktları təqdim edir.

1946-ci ildə anadan olan Ted Bandi heç vaxt atasını kimliyini öyrənməyib, uzun illər isə öz anası isə onu oğlu yox, qardaşı kimi tanıdırmış. Əslində Ted dərslərini yaxşı oxuyan, hər zaman müəllimlərinin sevimlisi bir şagird olub. O, hətta məktəbin yaxınlığında yerləşən medodist kilsəsi üçün bir müddət könüllü fəaliyyət göstərib. Lakin Bandi orta məktəb şənliklərində iştirakdan və həmyaşıdları ilə dostluq münasibətləri qurmaqdan imtina edirdi.

Ted Bundy ile ilgili görsel sonucu

Sietl şəhərindəki böhran mərkəzində depressiv vəziyyətdə olan şəxslərə telefonla məsləhətlər verdiyi işində, Bandinin iş yoldaşı An Rul şəhərdə baş verən cinayətlər barədə müntəzəm şəkildə məqalələr yazırdı.

An Rul hətta bəzi məqalələrin hazırlanmasında Bandinin fikirlərinidə öyrənirdi. An Rul yalnız bir neçə ildən sonra haqqında geniş məqalələr yazdığı həmin qatilin iş yoldaşı Bandi olduğunu öyrənib.

Ted Bundy ile ilgili görsel sonucu

An Rul sonralar Ted Bandi haqqında yazdığı kitabında Bandinin Stefan Broks adlı bir qadınla birlikdə olduğunu, Bandidə cinsi zəiflik olması səbəbindən cütlük arasındakı münasibətin iki ildən sonra bitdiyini yazıb. Elə hər şey sevgilisi Stefanın Tedi tərk etməsi ilə başlanır.

Ted öldürdüyü qadınları xüsusi seçirdi. Hamısı qara, ortadan ayrılmış saçlı, gənc və ağbəniz idi, yəni onu atıb getmiş sevgilisinə bənzəyirdilər. Ted cinayətlərini xüsusi amansızlıqla həyata keçirirdi. Bandinin rəsmi şəkildə qeydiyyata alınmış ilk cinayəti 1974-cü ildə 27 yaşında olarkən törədib.

Ted Bundy ile ilgili görsel sonucuVaşinqton Universitetinin tələbəsi 18 yaşlı Con Lensin zirzəmidə yerləşən otağının açıq pəncərəsindən daxil olan Bandi yatmış vəziyyətdə olan Lensi ağac parçası ilə amansız şəkildə döyüb. Ted Bandi qurbanını bir müddət zorladıqdan sonra yenidən döyüb və hadisə yerindən qaçıb. Con Lensi hadisə nəticəsində ölməsə də ağır beyin travması alıb və ömürlük əlil qalıb. Ted daha sonrakı qətillərində də, qadınları aldadaraq tənha yerlərə aparır, onları öldürdükdən sonra zorlayırdı.

Bandi eyni zamanda sadə bir eynək və ya plaşla öz görünüşünü asanlıqla dəyişdirə bilirdi. Onu bu xüsusiyyətinə görə buqələmun adlandırıbar. Son cinayətlərinin birində polis paltarı geyinmiş Ted Karol Danrok adlı qadına yaxınlaşaraq naməlum şəxslərin onun maşınını qaçırmağa cəhd etdiyini bildirib.

Ted qadına polis bölməsinə getməli olduğunu deyərək öz maşınına mindirıb. Maşına minən zaman nəsə bir tərslik olduğunu anlayan qadın özünü maşından çölə atıb. Polisə gedən Karol, Ted Bandinin fotoropotunun çıxarılmasında iştiak edib və tezliklə Bandi həbs edilib.

Bandi sadəcə Karol Danroku qaçırmaqda təqsirləndirilirdi, onun digər cinayətləri törətməsinə dair dəlillər tapılmamışdı. Məhkəmənin gedişatı zamanı Bandi məhkəmə binasının  ikinci mərtəbəsindən qaçmağa cəhd edib. Lakin ayaq biləyini əzdiyi üçün çox uzaqlaşa bilməyib. Daha sonra o, yerləşdirildiyi həbsxananın divarını dəmir mişarla deşərək qaçmağa nail olub.

Ən maraqlısı odur ki, vəhşicəsinə işlədiyi qadın cinayətlərinə baxmayaraq, bəzi qadınlar ona olan heyranlığını gizlədə bilmirdi. Hətta bəziləri onu diqqətini çəkmək üçün saçlarını qara rəngə boyayıb, ortadan ayıraraq məhkəmə zalına gəlirdilər. Ted fanatlarından yüzlərlə açıqca və məktub alıb.

Həbsxanadan qaçdıqdan sonra Ted silsilə cinayətlərinə davam edib. Onun son qurbanı isə 12 yaşlı Kimerli Linç olub. Yenidən tutulan Ted məhkəmə prosesi davam edərkən Karol An Bon adlı qadınla məhkəmə salonundaca evlənib.

Məhkəmə Ted Bandinin elektrik stolunda edam edilməsi haqqında qərar qəbul edib. Bandi Florida Dövlət Həbsxanasına göndərilib və burada öz ölüm sırasının gözləməyə başlayıb.

Bandi həbsdə öldürüləcəyi günü gözləyərkən bir çox cinayətin açılmasında FTB (FBİ) agentlərinə köməklik edib. Ted Bandi edam edilməsindən bir gün əvvəl verdiyi müsahibəsində cəmiyyətdə olan zorakılıqların onu bu hala gətirdiyini deyib:

“Biz seriyalı qatillər sizin oğullarınız, ərlərinizik. Və bir çox uşaqlar gələcəkdə ya öldürən, ya da ölən olacaq”.

(Dəniz Kərimzadə, Minval.İnfo)

Check Also

Qardaşı: “Ələsgər Məmmədlinin səhhəti daha da pisləşib”

Nəsimi Məmmədli deyir ki, vəkil pis rəftarla bağlı Avropa Məhkəməsinə müraciət edib 1 saylı Bakı …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir