Cümə , 22 Noyabr 2024
Drone Cameras

Dünya Azərbaycanlıları Konqresinin İranda baş verən olaylarla bağlı bəyanatı

İranda iqtisadi vəziyyətin getdikcə ağırlaşması, siyasi təzyiqlər, işsizlik və üstəlik son vaxtlarda yanacağın qiymətinin artırılması səbri tükənməkdə olan xalqı yenidən ayağa qaldırmışdır. Mövcud şiə-molla rejimi gündən-günə yüksələn gərginliyi gizli saxlamağa çalışsa da, beynəlxalq müşahidəçilərin fikrincə, qonşu ölkəni son 40 ilin ən güclü etiraz hərəkatı bürümüşdür. Hökumət güclərinin insanlara qəddarcasına divan tutması nəticəsində onlara insan ölmüş, yüzlərlə fəal həbsə atılmışdır. Rejimin ən çox ehtiyyat etdiyi və nəzarətdə saxladığı inqilab beşiyi Təbriz mühasirə şəraitindədir. Bu durum və qanlı qətllər, xalqın haqlı tələblərinin zorakılıqla susdurulması dünyada yaşayan bütün azərbaycanlıların qəzəbinə səbəb olmuşdur. Biz, DAK olaraq, İranın dinc əhalisinin mübarizəsini və tələblərini dəstəkləyir, İran rejimindən xalqa qəddar münasibətindən əl çəkməyi tələb edirik!
İranın türk əhalisi bu proseslərdə nə qədər səbrli davransa da, nəticə etibarı ilə, ölkənin taleyini onlar həll edəcəklər. Biz, İranın Azərbaycan-türk əhalisini öz hüquqlarını qorumaq və rejimin onları aşağılayan bütün əməllərinə qarşı dirənərək, irticaya “dur!” deməyə səsləyirik! İnanırıq ki, Güney Azərbaycan bu regionun tarixindəki həlledici və şərəfli mövqeyini, demokratiya və mübarizə ideallarına daim sadiq olduğunu bir daha nümayiş etdirəcəkdir!
Tarixən böyük mədəniyyət beşiyi olmuş İran cəhalət ocağına çevrilə bilməz! İran Farsistan deyil! İran türkün əbədi vətənidir və türkün haqqı verilmədən İranın gələcəyi yoxdur!

DAK-ın həmsədrləri Sabir Rüstəmxanlı və Firudin Pərviz Nia

Check Also

Ukraynada yaşayan Azərbaycan vətəndaşlarına xəbərdarlıq edilib

Qərar “ATACAMS” raketlərinə icazədən sonra verilib Azərbaycanın Ukraynadakı səfirliyi bu ölkədə yaşayan Azərbaycan vətəndaşlarına təhlükə …