Çərşənbə , 8 May 2024
Drone Cameras

İSBAM Şəmkirdə şəhidləri yad edib.

İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzi (İSBAM) Şəmkir rayonunda tədbir keçirib. Şəhid polkovnik əks-kəşfiyyatçı Vüqar Yusifov və şəhid Vüqar Alırzayevə həsr olunmuş tədbir Şəmkir Gənclər Mərkəzində baş tutub. Dövlət himninin səsləndirilməsi və şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edildikdən sonra dossent İlhamə Qəsəbova tədbiri giriş sözü ilə açaraq hər iki şəhidin həyatı haqqında iştirakçılara məlumat verdi. Sonra İSBAM sədri Samir Adıgözəlli çıxış edərək şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi, onlara göstərilən dövlət qayğısı və gənclər arasında hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi istiqamətində görülən işlərdən danışdı. Daha sonra İSBAM sədrinin müşaviri Yasəmən Möhübbətqızı, İSBAM departament rəhbəri, Qazi mayor Aydə Şirinova, Şəmkir Xeyriyyə Cəmiyyətinin yaradıcısı Tural Zeynalov, Böyük Millət xəbər portalının redaktoru Sima Babayeva, Şəmkir Rayon Gənclər Mərkəzinin rəhbəri Kənan İbrahimov çıxış edərək hər iki şəhidin göstərdiyi şücaətlə bağlı fikirlərini iştirakçılarla bölüşdülər. Tədbirdə iştirak edən şəhid Vüqar Yusifovun atası Nürəddin Yusifov çıxış edərək keçirilən tədbirlə bağlı təşəkkürünü bildirib, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində görülən işləri qiymətləndirmişdir. Tədbirdə “Vüqarlı Dağlar” sənədli filmi nümayiş etdirilmişdir. Anım tədbirində Şəmkir rayon ictimaiyyət nümayəndələri, şəhid ailələrinin üzvləri və gənclər iştirak etmişdir.

Boyukmillet.com

Check Also

Cənub rayonlarının enerji verilişində fasilə yaranacaq

“Azərişıq” ASC-nin Cənub Regional Elektrik Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində …