Şənbə , 20 Aprel 2024
Drone Cameras

Dünya Bankının prezidenti istefa verib

Dünya Bankının (DB) prezidenti David Malpas iyunun 30-dək vəzifəsini tərk edəcəyi ilə bağlı qərarını açıqlayıb.

Boyukmillet.com  xəbər verir ki, bu barədə “Bloomberg” David Malpasın bəyanatına istinadən məlumat yayıb.

Qeyd olunub ki, bu, 66 yaşlı Malpasın rəsmi müddətinin başa çatmasından təxminən bir il əvvəl, yəni “maliyyə ilinin sonuna qədər”, iyunun 30-dan əvvəl baş verəcək erkən istefa olacaq.

Qərarın səbəbi isə açıqlanmır.

2019-cu ildə Malpas ABŞ-ın o zamankı prezidenti Donald Tramp tərəfindən vəzifəyə təyin edilib. O, keçən il iqlim dəyişikliyinin səbəbləri ilə bağlı bir konfransda suala səhv cavab verdikdən sonra mübahisələrlə üzləşib və nəticədə onun vəzifədən çıxarılması ilə çağırışlar səslənib.

Check Also

Azərbaycandan ixrac olunan mallara mənşə sertifikatı verilməsi 19 % artıb

2023-cü ildə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ölkədən ixrac olunan …