Şənbə , 6 Dekabr 2025
Drone Cameras

Dünya çempionatı: Azərbaycanın 3 güləşçisi bu gün mübarizəyə start verəcək

Bu gün Azərbaycanın 3 güləşçisi Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatında mübarizəyə start verəcək.

Boyukmillet.com xəbər verir ki, yarışın yeddinci günündə döşək üzərinə çıxacaq yunan-Roma güləşçilərimizdən Nihat Məmmədli (60) və Ülvi Qənizadənin (72 kq) rəqibləri təsnifat mərhələsindən sonra müəyyənləşəcək.

Murad Əhmədiyev (97 kq) ilk olaraq İtaliya təmsilçisi Nikoloz Kaxelaşvili ilə münasibətlərinə aydınlıq gətirəcək.

Ötən gün yarımfinalda uduzan Eldəniz Əzizli (55 kq) isə bu gün bürünc medal uğrunda görüşə çıxacaq. O, Ulan Muratbek Uulu (Qırğızıstan) ilə Artyom Delenau (Moldova) arasında baş tutacaq qarşılaşmanın qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, hazırda yığmanın aktivində 4 medal var. Sərbəst güləşçilərdən Giorgi Meşvildişvili (125 kq) gümüş, Nürəddin Novruzov (61 kq), Arseniy Djioyev (86 kq) və Osman Nurmaqomedov (92 kq) isə bürünc mükafata sahib çıxıblar.

Check Also

Azərbaycan dünya çempionatında 11 boksçu ilə təmsil olunacaq

3-13 dekabr aralığında Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək dünya çempionatında Azərbaycanı 11 boksçu təmsil …