Şənbə , 14 Noyabr 2026
Drone Cameras

Dünya Kubokuna qatılacaq Azərbaycan gimnastları bəlli olub

Aprelin 14-də Özbəkistanın paytaxtı Daşkənddə start götürəcək bədii gimnastika üzrə Dünya Kubokuna qatılacaq Azərbaycan idmançıları bəlli olub.

Boyukmillet.com xəbər verir ki, 3 gün davam edəcək yarışda milli komandanın 8 üzvü qüvvəsini sınayacaq.

Fərdi gimnastlar Kamilla Seyidzadə və İlona Zeynalova, eləcə də qrup hərəkətləri üzrə ikinci heyətin üzvləri – Səkinə İbrahimbəyli, Nərgiz Ramazanova, Fatimə Məmmədzadə, Zəhra Paşazadə, Fidan Yusifzadə və Leyla Əliyeva medal qazanmağa çalışacaqlar.

Bədii gimnastlar artıq Dünya kubokunda iştirak etmək üçün Daşkəndə yola düşüblər.

Check Also

Xankəndi stadionunda təmirdən sonra ilk rəsmi oyun

Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı məlumdur. Peşəkar Futbol Liqasından verilən …