Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Dünyada koronavirusa yoluxanların sayı 10 milyonu ötdü

Dünyada koronavirusa yoluxan 5 414 852 nəfər sağalıb, 498 990 nəfər isə virusdan ölüb.

Boyukmillet.com xəbər verir ki, indiyədək 10 004 961 nəfərə COVID-19 diaqnozu qoyulub.

Ən çox yoluxma halları ABŞ (2 581 648), Braziliya (1 284 214) və Rusiyada (627 646) qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Check Also

“Toyota Bakı Mərkəzi”nin əməkdaşı həbs edildi – 610 min manatlıq fırıldaq

“Toyota Bakı Mərkəzi”nin sürücüsü 1986-cı il təvəllüdlü Vüsal Kərimov (soyadlar şərtidir) həbs olunub. O, tanışı …