Cümə , 13 Mart 2026
Drone Cameras

Dünyada koronavirusa yoluxanların sayı 292 min nəfəri ötdü

Dünyada koronavirusdan ölənlərin sayı 12 min nəfəri ötüb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.

Qeyd edilir ki, dünyada COVID-19 infeksiyasına yoluxanların sayı 292 142 nəfərə çatıb, 12,7 min nəfər koronavirusun qurbanı olub.

Gün ərzində dünyada virusa 26 069 yoluxma halı qeydə alınıb, 1 600 nəfər vəfat edib. 

Yoluxma hallarının ən böyük sayı Avropa regionunda qeydə alınıb. Orada bir gün ərzində 22,7 mindən çox insan koronavirusa yoluxub, 1 426 insan ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də COVID-19-u pandemiya elan edib

Check Also

“Crocus City Hall” hücumu ilə bağlı 15 nəfərə ömürlük həbs cəzası verilib

“Crocus City Hall”da baş vermiş hücumla bağlı həbs olunanlara hökm oxunub. RBK-nın məlumatına görə, Qərb Dairə Hərbi …