Bazar ertəsi , 8 Dekabr 2025
Drone Cameras

Dünyanın ən bahalı futbol brendləri bəlli oldu

Dünyanın ən bahalı futbol brendlərinin 2021-ci il üçün yeni siyahısı açıqlanıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Brand Finance” məlumat yayıb.

İspaniyanın “Real Madrid” klubu 1,276 milyard avro ilə birinci olub. Ölkənin digər klubu “Barselona” (1,266 milyard avro) ikinci, İngiltərə “Mançester Yunayted”i (1,130 milyard avro) üçüncü yeri tutub.

İlk “10-luğ”a İngiltərənin “Mançester Siti” (1,118 milyard avro), Almaniyanın “Bavariya” (1,068 milyard avro), İngiltərənin “Liverpul” (973 milyon avro), Fransanın PSJ (887 milyon avro) və İngiltərənin “Çelsi” (769 milyon avro), “Tottenhem” (723 milyon avro), “Arsenal” (675 milyon avro) klubları qərarlaşıb.

Check Also

Azərbaycan dünya çempionatında 11 boksçu ilə təmsil olunacaq

3-13 dekabr aralığında Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək dünya çempionatında Azərbaycanı 11 boksçu təmsil …