Bazar , 4 Oktyabr 2026
Drone Cameras

Dünyanın ən böyük yükdaşıma şirkəti Rusiya limanı ilə işi dayandırdı

Dünyanın ən böyük konteyner şirkəti olan MSC Rusiyanın Novorossiysk limanında fəaliyyətini dayandırıb.

Boyukmillet.com Bloomberg-ə istinadən xəbər verir ki, qərar, ehtimal ki, Rusiya limanına gedən MSC ULSAN III konteyner gəmisinə son dron hücumu ilə əlaqədardır.

Şirkət hələlik Novorossiyskə və Novorossiyskdən müntəzəm xidmətləri nə vaxt bərpa edəcəyini dəqiqləşdirməyib və müştərilərə alternativ daşıma variantları axtarmağı tövsiyə edir.
MSC Sankt-Peterburq da daxil olmaqla, digər Rusiya limanlarında fəaliyyətini davam etdirir.

Check Also

Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq

Ortaq tariximizdən, dilimizdən və köklü qardaşlıq bağlarımızdan aldığımız güclə Türk dövlətlərinin malik olduğu insan, iqtisadi …