Bazar , 22 Dekabr 2024
Drone Cameras

Düşmən səhər saatlarında Tərtərə 120 top mərmisi atıb

Cəbhədə vəziyyət gərgin olaraq qalır.

Bu barədə “Report”un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.

Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər rayonunu atəşə tutmaqda davam edir.

Oktyabrın 15-i səhər saatlarından başlayaraq düşmən yenidən dinc sakinləri hədəfə alıb, ağır artilleriya ilə vasitəsi ilə rayonun ətraf kəndlərinə ümumilikdə 120 top mərmisi atıb. Nəticədə mülki evlərə ziyan dəyib.

Azərbaycan Ordusu tərəfindən ermənilərə qarşı adekvat cavab tədbirləri görülür.

Check Also

Avropa Parlamenti Fuad Ələsgərov, Vilayət Eyvazov və Əli Nağıyevə qarşı sanksiyalara çağırır

Avropa Komissiyasından Azərbaycanla qaz sazişini dayandırmaq da tələb olunur Avropa Parlamanti üç yüksək rütbəli azərbaycanlı …