Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Düşmən yenə Tərtərin yaşayış evlərini və mülki obyektləri atəşə tutub

Cəbhədə şiddətli döyüşlər davam edir.

Ermənistan silahlı qüvvələrinin bölmələri qəsdən və məqsədyönlü şəkildə Tərtər şəhərini və ətraf kəndləri yenidən artilleriya atəşinə tutur, dinc sakinləri hədəf alır.

Oktyabrın 7-si səhər saatlarından başlayaraq ermənilər şəhərin ərazisinə bir neçə top mərmisi atıb. Nəticədə yaşayış evlərinə, mülki obyektlərə ziyan dəyib.

Azərbaycan Ordusu tərəfindən düşmənə adekvat tədbirlər görülür, hazırda döyüşlər davam edir.

Check Also

Azad edilmiş ərazilərdə daha bir kütləvi məzarlıq aşkarlanıb

İşğaldan azad edilən Xocavənd rayonunun Edilli kəndində daha bir kütləvi məzarlıq aşkar edilib. Boyukmillet.com xəbər …