Bazar , 15 Mart 2026
Drone Cameras

Əfv sərəncamı 17 saylı cəzaçəkmə müəssisəsində icra olunub, yeddi məhkum azad edilib

Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı Ədliyyə Nazirliyi Penitensiar xidmətin 17 saylı Cəzaçəkmə Müəssisəsində icra olunub.

Boyukmillet.com xəbər verir ki, bu cəzaçəkmə müəssisəsində sərəncam ümumilikdə doqquz nəfərə şamil olunub.

İnsan Hüquqları üzrə Müvəkkilli (Ombudsman) Səbinə Əliyeva və Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc yeddi məhkuma arayışlar təqdim etdikdən sonra onlar azadlığa buraxılıblar.

Xatırladaq ki, əfv sərəncamı ümumilikdə 154 nəfərə şamil edilib.

Check Also

Fevralda 6 000-ə yaxın əcnəbi Azərbaycanda müvəqqəti yaşama icazəsi ilə bağlı müraciət edib

Ötən ay 5875 əcnəbi Azərbaycanda müvəqqəti yaşama icazəsinin alınması (uzadılması) ilə bağlı müraciət edib. Bu …