Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Ekspert: “ATƏT-in Minsk qrupu heç nə edə bilmədi və uğursuzluğa düçar oldu”

“Fransa uzun illər ərzində sülh yolu ilə həll prosesini pozurdu, lakin Azərbaycan münaqişədən sonrakı mərhələdə ona şans vermək qərarına gəlib”.

Boyukmillet.com xəbər verir ki, bunu “Report”un Rusiya bürosuna açıqlamasında rusiyalı politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markovbildirib.

Ekspertin fikrincə, Azərbaycan, Fransa, Ermənistan liderləri və Avropa İttifaqı (Aİ) Şurası prezidentinin videoformatda görüşü Azərbaycan Prezidentinin həm də Aİ-yə hörmətinin ifadəsidir: “Təbii ki, onlar ciddi uğursuzluğa düçar oldular. Fransa uzun illər ərzində sülh yolu ilə həll prosesini pozurdu, lakin Azərbaycan mübahisə etmək istəmir, ona şans və imkan vermək qərarına gəlib”.

Onun sözlərinə görə, görüşün nəticələri ilə bağlı qəbul edilmiş bəyanatda “Qarabağ münaqişəsi” və ya aşkar uğursuzluğa düçar olmuş ATƏT-in Minsk qrupu haqqında bir kəlmə belə yoxdur.

“ATƏT-in Minsk qrupu heç nə edə bilmədi və uğursuzluğa düçar oldu. Buna görə də indi özünə başqa yer, başqa imkan tapmalıdır. Onlar əsas diqqəti nəqliyyat əlaqələrinin bərpasına və ya sərhəddin demarkasiya və delimitasiyasına yönəldə bilərlər. Bu mövzularda Fransa Ermənistana təzyiq etməlidir. Onlar belə bir rol görməlidir. Onu tapıb-tapmayacaqlarını demək çətindir. Hər şey özlərindən asılıdır”, – S.Markov deyib.

Check Also

Gürcüstandan olan səyahətçilərin ikinci qrupu Qarabağa gəlib

Gürcüstandan olan səyahətçilərin ikinci qrupu Qarabağa gəlib. Boyukmillet.com xəbər verir ki, turistlər işğaldan azad edilmiş …